İATM modeli

İATM illərlə formalaşmış təcrübəsi əsasında Mütəxəssis Mühasiblər yetişdirir. Belə ki, sıfırdan mühasibatlığa başlayan şəxslər və karyeralarında inkişaf etmək istəyən mühasiblər Ailəmizə qoşulur. Sahib olduğumuz prinsiplərimiz və fərqliliklərimiz özündə birləşdirən İATM Tədris Modeli vasitəsilə mərkəzimizdə keyfiyyətli tədrisi həyata keçiririk.... daha çox
İATM modeli
Prinsiplərimiz
Səmimilik

İstər müəllimlərimiz, istərsə də əməkdaşlarımız səmimi atmosfer formalaşdırmaq üçün daim aktiv fəaliyyətdədir.

Davamlı inkişaf

Müəllimlərimiz hər zaman öz üzərlərində çalışırlar, qanunvericilikdə baş verən yenilikləri izləyirlər və bu sahədə kitabların müəllifləridir.

Məsuliyyətlilik

Cəmiyyətə faydalı olmaq, sosial layihələrlə dəstək göstərmək, eyni zamanda çalışanlarımızın maddi və mənəvi rifahını təmin etmək əsas vəzifəmizdir.

Dürüstlük

Tələbələrimiz üçün bərabər imkanlar yaradaraq ədalətli tədris mühiti formalaşdırır, sağlam rəqabət və peşəkar xidmətimizlə onlara dəstək göstəririk.

Məxfilik

Tələbələrimizin (paylaşılmasını istəmədikləri təqdirdə) məlumatlarının məxfiliyinə təminat veririk.

Birlik və bağlılıq

Gücün və inkişafın birgə çalışmaq nəticəsində əldə olunacağına inanaraq əməkdaşlar, müəllimlər və məzunlarımızın müştərək fəaliyyətini təmin edirik.

Müştəri yönümlülük

Müştəri və çalışanlarımızın maraqlarına hörmətlə yanaşmaqla onların hüquqlarını, istək və arzularını daim diqqətdə saxlayırıq.

Təkmilləşdirilmiş Tədris Proqramı
Mərkəzimizdə dərslər sistemli  şəkildə təşkil edilmiş Vahid Tədris Proqramı əsasında keçilir. Tədris etdiyimiz təlim proqramları bu sektoru nəzərə alaraq 10 ildən çox vaxt ər... daha çox
Tədris Vəsaitləri
Tələbələrimizi ödənişsiz tədris vəsaitləri ilə təmin edirik. Bu vəsaitlər İATM-in müəllim heyəti tərəfindən illərin təcrübəsinə əsasən formalaşdırılmışdır. Bu nəşrl... daha çox
Peşəkar Təlimçilər
Təlimçilərimiz öz sahələrində peşəkar olmaqla yanaşı, sadə izahları ilə seçilərək yüksək pedoqoji bacarıqlara malikdir. Onlar hər bir mövzunu sadə, anlaşılan şəkildə izah e... daha çox
Mentor Dəstəyi
Keçilən mövzuların daha da dərindən və keyfiyyətli şəkildə mənimsənilməsi üçün tələbələrə Assistent təlimçilər tərəfindən dəstək göstərilir. Belə ki, bu dəstək mövz... daha çox
İmtahan Sistemi
Tələbənin bilik səviyyəsinin və keçilmiş dərslərin effektivliyinin  yoxlanması məqsədilə mütəmadi olaraq imtahanlar təşkil edilir. Sınaq imtahanlarının keçirilməsi vasitəsilə... daha çox
Sertifikasiya
Kursu bitirən tələbələr imtahan nəticələrinə uyğun olaraq Sertifikatla təmin edilir. Sertifikat növü (iştirak, müvəfəqiyyət və fərqlənmə) sınaq, yoxlama və yekun imtahanların ... daha çox
Karyera Mərkəzi
Təlimimizi uğurla bitirmiş məzunlarımız Karyera Mərkəzi tərəfindən əməkdaşlıq etdiyimiz təşkilatlarda təcrübə və real işlə təmin edilmək üçün təklif olunur.  ... daha çox
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik