Ezamiyyə nədir və hansı normaları var?

Fevral 03, 2025
609 izlənmə
3 dəqiqə oxuma
Dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı ilə işçinin daimi iş yerindən müəyyən müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi ezamiyyə sayılır. Ezamiyyə təşkilatların dəvəti və ya qarşılıqlı razılaşma əsasında müəssisə rəhbərinin tapşırığı ilə ölkədaxili və ya xaricdə baş verə bilər.

Ezamiyyənin məqsədləri aşağıdakılardır:

  • Müəssisəni təmsil etmək üçün tədbirlərdə və iclaslarda iştirak
  • İşçinin bacarıqlarını inkişaf etdirmək üçün qısamüddətli təlimlərə cəlb olunmaq
  • Digər xidməti tapşırıqların icrası

Ezamiyyə xərclərinin ödəniş qaydaları aşağıdakı kimidir:

Ezamiyyə zamanı işçinin yaşayış, yemək, nəqliyyat və digər xidmətlərlə bağlı xərcləri müəssisə tərəfindən qarşılanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2024-cü il tarixli 200 nömrəli qərarı ilə ezamiyyə normalarına dəyişiklik edilmişdir.


Ölkədaxili ezamiyyə normalarına yaxından baxaq:

 

Şəhər/Rayon Gündəlik Ezamiyyə Pulu (AZN)
Bakı 125
Naxçıvan 100
Gəncə, Sumqayıt 95
Digər şəhərlər və rayonlar 90

Məsələn, "Advice Group MMC" əməkdaşı Emil Həsənov Bakıda keçirilən maliyyə forumuna 2 gün müddətinə ezam olunduqda:

Gündəlik xərc: 2 x 125 = 250 AZN

Nəqliyyat xərci (bilet pulu): 60 x 2 = 120 AZN

Cəmi ezamiyyət pulu: 250 + 120 = 370 AZN

 


Ezamiyyə avansının ödənilməsi və qaytarılması qaydaları:

Ezamiyyə əmri verildikdən sonra mühasibatlıq tərəfindən işçiyə pul avansı verilir. İşçi ezamiyyədən qayıtdıqdan sonra avans hesabatı təqdim etməlidir. Artıq qalan məbləğ müəssisə kassasına qaytarılmalıdır. Əks halda, işçinin əməkhaqqısından tutulur.


Ezamiyyə xərclərinin bölgüsü:

Yeni qərara əsasən, 1 günlük ezamiyyə norması aşağıdakı kimi bölünür:

70% mehmanxana xərcləri
25% gündəlik yemək xərcləri
5% şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər

Dəvət edən tərəf işçini yaşayış yeri və yeməklə təmin edərsə, ezamiyyə xərclərinin 5%-i işçiyə ödənilir.

Məsələn: Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə keçirilən maliyyə forumunda iştirak edən Bakıdan ezam olunan şəxslərə 100 x 5% = 5 AZN ödənilir.

Əgər dəvət edən tərəf işçini qismən təmin edərsə:

Təminat Növü Ödənilən Ezamiyyə Pulu
Yalnız yaşayış yeri 30%
Yalnız yemək 75%

Ezamiyyə günlərinin əməkhaqqıya təsirinə baxaq:

İşçilərin ezamiyyə qaydaları qərarına əsasən, ezamiyyə müddətində işçinin əməkhaqqısı tam saxlanılır. Ezamiyyətə düşən günlər əməkhaqqı hesablanarkən iş günü kimi nəzərə alınır.

Əməkhaqqının hesablanması isə aşağıdakı kimi olur:

  • Misal: Əli Məmmədov (800 AZN maaşlı) 3 gün ezam olunub:
  • Əməkhaqqı hesablanma formulu: 800 / 18 x 15 = 666.66 AZN
  • Ezam olunan günlər üçün orta əməkhaqqı: 1 günlük orta əməkhaqqı = 60 AZN
  • Ezamiyyə pulu: 3 x 60 = 180 AZN
  • Cəmi əməkhaqqı: 666.66 + 180 = 846.66 AZN

Bir çox müəssisələrdə isə bu qaydalar tətbiq olunmadan birbaşa maaş tam ödənilir.


İş gününə təsadüf edən ezamiyyələr zamanı əməkhaqqı hesablanması:

Əgər ezam olunma istirahət, bayram və ya ümumxalq hüzn günlərinə təsadüf edirsə və işçi həmin günlərdə çalışırsa, Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əlavə maaş və ya istirahət günü verilməlidir.


Ezamiyyə ilə bağlı rəsmi mühasibat sənədləri bunlardır:

Ezamiyyə əmri (dəvət məktubu və qarşılıqlı razılaşma əsasında)
Ezamiyyət vəsiqəsi (işçinin ezamiyyət müddətini təsdiq edən sənəd)
Mehmanxana qəbzi
Nəqliyyat biletləri və ya rəsmi arayışlar
Avans hesabatı (3 gün ərzində təqdim olunmalıdır)

 


Təhtəlhesab Şəxs və Ezamiyyə Uçotu:

Təhtəlhesab şəxs müəssisədən rəhbərin tapşırığı ilə müəyyən vəsait alan şəxsdir. Ezamiyyət xərcləri "244 nömrəli Təhtəlhesab məbləğlər" hesabında uçota alınır.

 

Əməliyyat №

Hesablar məzmun

Dt

Kt

1

Dt 244 Təhtəlhesab məbləğlər   

xx 

 

      Kt 223 bank hesabı / 221 kassa

 

xx

 

 

 

 İşçi ezamiyyətə gedərkən əvvəlcədən avans ödənişi olunur

 

 

2

Dt 201  Ofis ləvazimatı  

xx  

 

     Kt 244 Təhtəlhesab məbləğlər   

 

xx

 

 

 

 Təhtəlhesab şəxs tərəfindən ofis ləvazimatlarının alınması

 

 

3

Dt 721 İnzibati xərclər 

xx  

 

     Kt 244 Təhtəlhesab məbləğlər   

 

xx 

 

 

 

 Təhtəlhesab şəxs tərəfindən alınan xidmətlərin dəyəri ödənilib

 

 

4

Dt 221 Kassa  

xx 

 

      Kt 244 Təhtəlhesab məbləğlər   

 

xx

 

 

 

 Təhtəlhesab şəxs tərəfindən artıq ödənilmiş vəsait kassaya ödənilir

 

 

5

 Dt 533 Əməyin ödənişi üzrə işçi heyətinə borclar

xx 

 

       Kt 244 Təhtəlhesab məbləğlər   

 

xx

 

 

 

 Təhtəlhesab şəxs artıq ödənilmiş vəsaiti geri qaytarmır

 

 

6

Dt 244 Təhtəlhesab məbləğlər    

xx  

 

      Kt 223 bank hesabı / 221 kassa

 

xx

 

 

 

 Təhtəlhesab şəxsə verilən vəsaitdən artıq xərclənib,       vəsait ödənilir

 

 

Nail Mustafazadə İATM Müəllimi
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları